Kvartalın yenidən qurulması layihəsi
Bakının tarixi hissəsində Murtuza Muxtarov, Süleyman Tağızadə, Nizami və Rza Quliyev küçələri ilə əhatə olunmuş kvartal var. Kvartalın əsasını XIX əsrin sonunda inşa edilmiş binalar təşkil edir.
Təəssüf ki, onların əksəriyyəti texniki və görünüş baxımından qeyri-yararlı vəziyyətdədir – və bunun günahı ilk növbədə həmin binalarda demək olar ki, iki əsr böyunca yaşayan insanlardır. Fasadların çoxsaylı dəyişdirilməsi, mövcud binalara mərtəbələrin əlavə edilməsi, binaların üstündə tikinti, konstruktiv dəyişikliklər, mənzillərin yenidən planlaşdırlması kimi səbəblərdən hazırda binalar texniki və gürünüş baxımından dəhşətli vəziyyətdədirlər.
Buna görə hazırda kvartalın köklü yenidən qurulması, sakinləri üçün daha yaxşı yaşayış şəritlərinin yaradılması, qorunan binalara yeni funksiyaların təmin edilməsi, sahənin şəhər sakinləri və turistlər üçün cazibədar zonaya çevrilməsi məsələsi gündəmə gəlib.
Bu məqsədlə həmin kvartalda yerləşən binaların texniki vəziyyətinin təhlili aparılıb və, həmçinin, onların tarixi və praktiki dəyər nöqteyi-nəzərindən qiymətləndirilməsi keçirilmişdir.
Nəticə olaraq, təfərimdən kvartalın yenidənqurulması layihəsi çərçivəsində iki binanın saxlanması təklif edilmişdir. Birincisi, Peterburqlu memar Nikolay Dmitriyeviç Prokofyevin 1903-cü ildə inşa etdiyi memarlıq abidəsidir. İkincisi isə Süleyman Tağızadə küçəsində yerləşən ikimərtəbəli tarixi binadır. Bütün qalan binaların sökülməsini və yenində müasir ortamərtəbəli memarlıq nümunələrini inşa etməyi məsləhət gördüm.