Qədim bir Çin atalar sözündə deyilir: «Xoşbəxtlik çaydanla gəlir». Həqiqətən, çay üçün gözəl bir çaydanınız varsa, həyatınız şübhəsiz sevinc və dadla dolacaqdır. Mən evdə, ofisdə və bağda – hər yerdə gözəl və keyfiyyətli qab-qacaqların əhatəsindəyəm. Boşqabları, çini heykəlcikləri, vazaları, şirniyyat qablarını, şamdanları, fincanları və təbii ki, çaydanları sevirəm. Əbəs yerə deməyiblər ki, «Çay yaxşı çaydanda dadlıdır» və ya «Çay dünyanın hay-küyünü unutmaq üçün içilir». Kolleksiyamda ilk çaydan çoxdan alınmışdır – buna görə mən özümə keçmiş 28 Aprel küçəsindəki mağazadan 12 nəfər üçün bütöv bir yapon servizini aldım. Sovet dövründə ayrıca gözəl çaydan almaq mümkün deyildi – onlar sadəcə satılmırdı. Ən sevdiyim çaydan? Onların çoxu, daha doğrusu hamısı! Hər biri mənə kiçik bir hekayəni xatırladır və bu xatirələr ən qiymətlidir: burada Londondan Naibin verdiyi çaydan, bunu Kanadadan Elza göndərib, bu da Səbinənin ad günü hədiyyəsidir və bu isə Zaurla Finlandiyada gəmidə alınıb, bu da qızılı bəzəkli ağ – son pulumla, ürəyim sıxılanda… Bilirsiniz, çaydanlarım mənə yaşamağa kömək edir: həyatın xoşagəlməz dövrlərində gözəl qab-qacaq mağazasına gedirəm və… gözəl çaydan almaqla özümə dəbdəbəli hədiyyə edirəm). Və bütün pis şeylər unudulur! Təəccüblü deyil ki, müşahidəçi çinlilər deyirlər: «Bütün kainat bir çaydana sığar». Bəlkə buna görə məndə onlar belə çoxdur?