«Konstruktivizm dövrü: XX əsrin 1920-1930-cu illərinin Bakı memarlığı»
Bakı şəhərin küçələrini gəzəndə memarlığın inkişaf tarixini öyrənirsən. Bakıda həm orta əsrlər memarlığı, həm XIX əsrin axırı – XX əsrin əvvəllərinin memarlığında «modern» dövrü, həm 1920-1030-cu illərin konstruktivizmində nəhəng eksperimentlər dövrü, həm 1940-1950-ci illərin «Stalin üslubu», həm 1960-cı illərin simasızlaşdırılmış «Xruşov memarlığı», həm 1970-1980-ci illərin «inkişaf etmiş sosializm memarlığı», həm də XXI əsrim çağdaş memarlığı təcəssüm etdirilmişdir.
Bakı – dünyanın azsaylı konstruktivizm memarlığı mərkəzlərindən biridir. XX əsrin əvvəllərində Avrasiyanın iri sənaye və maliyyə mərkəzlərindən biri olan şəhər özlərindən sonra bu gün bizim haqlı olaraq fəxr etdiyimiz möhtəşəm memarlıq abidələri qoyub getmiş bir çox aparıcı memarları cəlb etmişdir.
Sizi konstruktivizm memarlığının nadir dövrü olan 1920-1930-cu illər Bakısı ilə səyahətə dəvət edirik.