«Bakı haqqında poema»
Bakı heyrətamiz şəhərdir! Bu şəhərdə hər şey mümkündür! O, valehedici sehrə malikdir, insanı sözün ən yaxşı mənasında dəlisov edir. Ona, heç kimə olmadığı kimi şerlər həsr edirlər. Belə şerlər yalnız sevgili üçün yazılar. Onun haqqında zərifliyi ilə riqqətə gətirən gözəl mahnılar bəstələnir. Bakı haqqında müxtəlif mövzulu kitablar yazılır. Kitab müəllifi Bakının bütün tərəflərini, onun tarixi və mədəniyyətini, adət və ənənələrini əhatə etməyi qarşısına məqsəd qoymur, çünki bu, sadəcə olaraq mümkün deyil: belə bir kitabın yüz minlərlə səhifələri olmalıdır. Hətta onun yazılması qeyri-mümkündür: buna bir ömür belə kifayət etməz.
Lakin mənim belə bir kitab yaratmaq istəyim var , çünki bu şəhər belə bir kitaba layiqdir. Üstəlik, bu kitabın digərlərindən fərqli olmasını, xüsusi və bənzərsiz olmasını istəyirəm. Əhatəli, lakin qısa və dəqiq, obrazlı olsun. Poema kimi. Lakin bu poemanı həm eşitmək, həm də görmək mümkün olsun.
Şərqlə Qərbin bu şəhərdə necə qovuşduğunu görmək, baxmayaraq ki, Kipling bunun qeyri-mümkünlüyünü israrla təkrar edirdi. Mümkündür! Lakin, ehtimal ki, yalnız burada. Bu, dövrlər və sivilizasiyaların, mədəniyyətlər və dinlərin kəsişməsində yerləşən bir şəhərdir, hansında kı, başqa heç bir xalqa oxşamayan xüsusi bir insanlar – bakılılar yaşayır. Həmin Bakılılar ki, həmişə bakılı qalırlar – hətta başqa bir şəhərdə yaşamaq üçün ondan ayrılsalar da, çünki «keçmiş bakılı» anlayışı yoxdur.
Bakılılar Bakıdan ayrılmazdır, üstəlik «bakılı» anlayışı bu şəhərə aidiyyat kateqoriyasından deyil. «Əsl parisli» və ya «əsl peterburqlu» olmaq, bir insanın Parisdə və ya Peterburqda doğulub böyüdüyünü ifadə edir. «Əsl bakılı» isə mənəvi bir kateqoriyadır. Keyfiyyət kateqoriyasıdır. «Əsl bakılı» – layiqli, nəcib, xeyirxah, tərbiyəli, ziyalı bir insan deməkdir. Şərəfli şəxs-yəni Bakıdan olan.
Bakı bizim eramızın yaşıdıdır, onun yaşı iki min ildən çoxdur. O, Abşeronun bəxtiyar torpağında, qədim Hirkan , ya da Xəzər dənizinin sahillərində inkişaf etdi, formalaşdı və təkmilləşdi. Kiçik orta əsr qalasından bir impressionist sənətkarın palitrasındakı kimi bir çox rənglərin qarışdığı müasir bir meqapolisə çevrildi.Təbii ki, burada hər boyanın bir özünəməxsusluğu var.
Şərqlə Qərbin bir araya gəlməsi ilə əlaqədar Azərbaycanın paytaxtı məcazi olaraq «Şərqin Parisi» adlandırıldı. Ancaq Bakı Paris deyil. Bakı Bakıdır! Bura Parisdən də gözəldir və mənim «Bakı haqqında poemam» dünyanın ən füsünkar şəhərini səs və rənglərdə ifadə edən bir poemaya çevriləcəkdir!