«Sehirli uçuş»
«Sehirli uçuş» kitabı Azərbaycanda ilk belə ədəbi layihədir.
2009-cu ildə uşaqlar üçün Azərbaycan dilində keyfiyyətlə nəşr edilmiş kitablar demək olar ki, yox idi. Məzmunu və nəşr keyfiyyətinə görə digər Avropa ölkələrinn çap nəşrləri ilə rəqabət aparmaq qabiliyyətində olan maraqlı, bilikləndirici uşaq ədəbiyyatına böyük ehtiyac var idi. Nəticədə, uşaqlar öz vətənlərinin tarixi və mədəniyyəti barədə az məlumatlı idilər.
Həmin dövrdə mövcud vəziyyətin düzəldilməsi məqsədilə, müəlliflər tərəfindən özünə Azərbaycan dilində kitabları daxil edən ədəbi layihə yaradılmışdı. Kitablar nağıl formasında yazılmışdı. Nağılın baş qəhrəmanı olan kiçik qız «Dünyada ən vacib nədir?» sualına cavab axtarışında sehirli xalça üzərində Azərbaycanın regionlarına səfər edərək, insanlarla görüşür, memarlıq abidələri ilə tanış olur, milli mədəniyyətimizin dərinliklərilə qərq olaraq ənənə və adətlərimizi öyrənir.
Gənc oxucular, baş qəhrəman ilə birlikdə doğma vətənin nadir təbiəti barədə öyrənir, keçmişə səyahət edir və Azərbaycanı şöhrətləndirmiş şəxsiyyətlərlə görüşürlər.
Kitabın hər bir fəsli uşaqların məntiqi və yaradıcı düşüncələri, diqqətləri, yaddaşları və nitiqlərinin inkişaf etdirilməsinə yönəlmiş tapşırıqlarla müşaiyət olunur. Tapşırıqlar, eyni zamanda kitabın məzmunu ilə tematik olaraq bağlıdır.
Nəşrdə həmçinin böyük oxucular üçün maraqlı ola bilən əlavə mulumat verilmişdir.