1940-1960-cı illərdə «Stalin ampiri» memarlıq dövrü

İosif Stalinin hakimiyyəti dövründə konstruktivizmi əvəz etmiş memarlıq siyasəti incəsənət və memarlıqda sosialist realizmi məktəbi ilə bağlı sovet monumental klassisizm üslubunda layihələndirilməni nəzərdə tuturdu.

Sovet hakimiyyəti, sovet respublikalarında «formada milli və məzmunda sosialist» incəsənət yaratmağa göstəriş verərək, milli memarlığa «yerli kolorit» əldə etməyə «təkidlə» kömək edirdi. Lakin buna fərqli cavab vermək olardı. İncə zövqə malik Bakı memarları şəhərin Stalin neoklassizizminə əzəli isti İtalyan çalarını caladılar. Milli-romantik meylli Bakı neoklassisizmi sevinc və işıqla, məhəbbət və rahatlıqla doludur .

Üslubun fərqli xüsusiyyətləri küçə və meydanların ansambl tikilişinə kompleks yanaşma, memarlıq, heykəltəraşlıq və rəssamlığın sintezinə, memarlıq orderlərindən istifadə, heraldik kompozisiyalar və zəhmətkeşlərin təsvirləri ilə və hakimiyyətin zəfəri və reqaliyaları mövzularına həsr olunmuş barelyeflər, təmtəraqlıq, teatrallıq, bütün əsərin nikbin ruhu, uctimai interyerlərin tərtibatında mərmər, bürünc, qiymətli ağac və yapma naxışlardan istifadə idi.

Slider