Tarixi binaların qapı və giriş zonaların bərpası.
“Bakı Abadlıq Xidməti” şirkəti tərəfindən həyata keçirilən qədim giriş qapılarının bərpası proqramında iştirak etməkdən qürur duyuram. Təəssüflər olsun ki, Bakının mərkəzi tarixi hissəsindəki bir çox malikanə-memarlıq abidələrində girişin taxta qapıları qorunub saxlanmayıb və sovet dövründə sadə metal qapılarla əvəz edilib. Nə yaxşı ki, bu gün Azərbaycan dövləti onların bərpası üçün vəsait ayırır.