«Bakı Dövlət Layihə İnstitutu»
60 AZN
Bakı – dünyanın ən gözəl şəhərlərindən biridir. Bu iri meqapolisdə bir çox şey insanı valeh edir – dənizə istiqamətlənən və amfiteatr şəklində bərqərar olan məhəllələrin terrasları, yumşaq cənub iqlimi, burada yaşayan insanların məlahəti və təbii ki, kökü qədim zamanlara kimi uzanan memarlıq. Çoxmilyonlu əhalisi olan Bakı, Avrasiyanın sənaye, iqtisadi və mədəni mərkəzi olmaqla yanaşı, həm də şəhərsalma baxımından mürəkkəb bir qovşaqdır. Elə bu səbəbdən görkəmli azərbaycan və aparıcı dünya memarları bu problemlərin həlli üçün səylə çalışmışlar.
Bakının tarixi 1937-ci ildə yaradılan və 75 yaşını bu gün qeyd etdiyimiz çoxmillətli «BakıDövətLayihə» institutu ilə qırılmaz tellərlə bağlıdır. İnstitutda çalışan və ayrı-ayrı illərdə Bakının simasını formalaşdıran binaların müəlliflərinin layihələri bu nəşrdə təqdim olunmuşdur. Onlar vaxtilə Bakıda yaşayan və yaradan mütəxəssislərin layihələrindən bəhrələnərək bu əsərlərə imza atmışlar. Bu nəşrdə «BakıDövlətLayihə» insitutunun arxivindən olan və geniş ictimaiyyət üçün əlçatmaz olan nadir layihələr, eskizlər, materiallar, fotoşəkillər ilk dəfə olaraq çap olunurlar.
Deyirlər ki, memarlıq yalnız tikinti sənəti deyil, həmçinin tarixi danışan bir sənətdir. Yazıçılar bunu sözlə, memarlar isə bunu konstruksiyalarla ifadə edirlər. Bina yerləşdiyi məkanın tarixini və mədəniyyətini özündə həkk edir. Hörmətli Oxucu, bu səbəbdən Sizi qürur hissi ilə doğma Bakını səyahət etməyə dəvət edirik. Bu şəhərin gözəl çöhrəsində bizim – «BakıDövlətLayihə» institutunun fəaliyyəti dövründə müəssisəmizdə çalışan bütün mütəxəssislərin əməyinin böyük bir hissəsi var.