«Mənim Bakım. Fotolarda bir il günbəgün»

«Mənim Bakım. Fotolarda bir il günbəgün» kitabı Bakı şəhərinin çoxəsrlik tarixindən müxtəlif hadisələrdən bəhs edən unikal informasiya nəşridir, bir növ təqvim xarakteri daşıyır. Kitabın 365 səhifəsinin hər biri təqvim ilinin bir gününə həsr olunub və həmin gün Bakının tarixində baş vermiş mühüm bir hadisəni işıqlandırır. Konsert və ya futbol oyunu, dostların görüşü və ya avtomobil yarışı, abidənin açılışı və ya yeni hava limanının istifadəyə verilməsi, Bakının işğalı və ya məşhur bir şəxsin şəhərə səfəri — bunların hər biri Bakı tarixinin yadda qalan anlarıdır. Odur ki, tərəddüd etmədən bu kitabı əldə edin! Peşman olmayacaqsınız).