«Memar Əlibəy Novruzi»

Nəşr XX əsrin ikinci yarısında Azərbaycan memarlığının görkəmli nümayəndələrindən biri Əlibəy Novruziyə həsr edilmişdir. Məşhur memarın tərcümeyi-halı Bakının şəhərsalma və memarlıq tarixinin mərhələləri ilə sıx bağlıdır və onun müəllifi olduğu binalar doğma şəhərin küçələrini bəzəyir. Kitabda dünyada böyük marağa səbən olan «sovet modernizmi» dövründə Bakı memarlığına dair misilsiz tarixi və arxiv materialları var.