«Konstruktivizm dövrü: XX əsrin 1920-1930-cu illərinin Bakı memarlığı»

Dünyadakı konstruktivizm dövrü memarlığının bir çox mütəxəssisi tərəfindən layiqincə tanınan kitabın yeni, artıq ikinci nəşri. Nəşrdə Azərbaycanın arxivlərində tapılan nadir binaların onlarla yeni planları və fotoşəkilləri yer alıb.

Bakı – dünyanın azsaylı konstruktivizm memarlığı mərkəzlərindən biridir. XX əsrin əvvəllərində Avrasiyanın iri sənaye və maliyyə mərkəzlərindən biri olan şəhər özlərindən sonra bu gün bizim haqlı olaraq fəxr etdiyimiz  möhtəşəm memarlıq abidələri qoyub getmiş bir çox aparıcı memarları cəlb etmişdir.

Sizi konstruktivizm memarlığının nadir dövrü olan  1920-1930-cu illər Bakısı ilə səyahətə dəvət edirik.