Bülbül adına musiqi məktəbində çıxış

Qələbə günü ərəfəsində Bül-Bül musiqi məktəbinin bir qrup şagirdi qarşısında Qarabağda aparılan bərpa işləri, memarlıq abidələrinin konservasiyası və bərpası istiqamətində görülən işlər barədə çıxış etdim, işğaldan azad edilmiş ərazilərə səfər təəssüratlarım ilə bölüşdüm. Gənc nəsil qarşısında çıxış etmək şərəfli bir vəzifədir və onu həmişə məmnuniyyətlə yerinə yetirirəm.