«Bakı memarlıq abidələrində fasad heykəltəraşlıq hümunələri»
Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Azərbaycan paytaxtının çoxsaylı qonaqlarının və turistlərin valeh olduqları, minillik tarixə malik şəhər.
Bu nəşrdə, müəllif tərəfindən Bakı şəhərinin mərkəzi tarixi hissəsinin 150-dən çox binası tədqiq edilmişdir. Nəşrə daxil edilən binaların bir çoxu, ilk dəfədir ki, oxucuya təqdim olunur və onları diqqətlə nəzərdən keçirdikdə, fasadlardakı kiçik nüansları və xırdalıqları görmək olur. XX əsrin dahi memarı Le Korbüzyenin “Eksteryer-detallar incəsənətidir” sözlərini tam əminliklə, XIX əsrin sonları və XX əsrin əvvəllərində Bakıda ucaldılan tikililərin fasadlarına aid etmək olar.
Öz oxucuları üçün bu kitab, yeni və maraqlı bir informasiya mənbəyidir. O dövrün dahi memarlarının – Zivərbəy Ədmədbəyov, Nikolay Georgiyeviç Bayev, Konstantin Arkadyeviç Borisoqlebski, Karl Qustavoviç Gippius, Adolf Vilgelmoviç Eyxler, İosif Vikentyeviç Qoslavski, Aleksandr Platonoviç İvanitski, Anatoliy Nikolayeviç Kalgin, İohann Vilgelmoviç Edel, Nikolay Avqustoviç fon der Nonne, Kazimir Brunoviç Skureviç, Yakov İosifoviç Keylixis, Robert Robertoviç Marfeld, İosif Kasperoviç Ploşko, Nikolay Dmitriyeviç Prokofyev, Lev Vladimiroviç Rudnev, Konstantin İvanoviç Sençixin, Vladimir Ottoviç Simonson, Yevgeniy Yakovleviç Skibinskinin memarlıq əsərləri bu şəhəri səmimi qəlbdən sevən və onun üçün yaradan bir çoxları üçün sanki bir vizit kartıdır.
Bu kitab, Bakı şəhərinin memarlığı və tarixi ilə maraqlanan geniş oxucu kütləsinə ünvanlanıb.