«AzərDövlətLayihə» Azərbaycan Dövlət Baş Layihə İnstitutu»

«AzərDövlətLayihə» layihələndirmə institutunun tarixi 80 ildən artıq dövrü əhatə edir. 1926-cı ildə inşaat idarəsi kimi təsis edilmiş institut, hazırda dövlət obyektlərinin layihələşdirilməsi üçün əsas meydançaya çevrilmişdir. İnstitunun divarları arasında Azərbaycanın görkəmli memarları çalışmışlar. Onların layihələri üzrə ölkədə əhəmiyyətli sayda bina və tikililər inşa edilmişir. Hazırda «AzərDövlətLayihə» layihələndirmə institutunun kollektivi özünün həm ölkə daxilində, həm də xaricdə böyük müvəffəqiyyət qazanan yüksək ixtisaslı mütəxəssisləri ilə fəxr edir.

Kitab layihələşdirmə institutunun tarixinə həsr olunmuşdur və geniş oxucu dairələrinə ünvanlanmışdır.