«Azərbaycanda müasir interyer dizaynı»
İdeal müasir interyer insanın daxili dünyasının, onun psixologiyasının təzahürüdür. Binanın interyeri özündə həcmli xarici forma ilə müqayisədə daha böyük məlumatlandırıcı məzmun daşıyır. Binanın fasadı yalnız interyerin daxili strukturunun mürəkkəb məzmunun zahiri maddi sərhədi kimi çıxış edir. Nəticə olaraq memarlıq formasının fenomeni interyer və eksteryerin sərhədində yaranır.
Azərbaycanda interyer incəsənətinin zəngin tarixi ənənələri və müasir inkişafının geniş palitrasına baxmayaraq memar və dizaynerlərin layihələşdirmə fəaliyyətinin bu sahəsi, kitab nəşr edilənə qədər nə memar-tarixi, nə incəsənətşünaslıq, nə də dizaynerlik sahalərində elmi işlərində xüsusi tədqiqat predmeti olmamışdır. Hazırkı əsərin müəllif tərəfindən qələmə alınmasında məqsəd Azərbaycanda müasir dizayn interyerinin inkişafının hərtərəfli mənzərəsini yaratmaqdır.