Azərbaycan Memarlığında Niderland İrsi.

29 sentyabr 2021-ci ildə Milli İncəsənət Muzeyində Niderland Səfirliyinin təşkilatçılığı ilə Bakıda Niderland memarların yaradıcılığına həsr olunmuş gecə keçirildi. Gecədə elmlər doktoru, professor Elçin Əliyev iki ölkənin memarlığında çoxəsrlik əlaqələrdən danışdı.

Bakıdakı infrastruktur layihələri haqqında «UN Studio» memarlıq bürosunun nümayəndələri, dünyanın hər yerində mürəkkəb texniki konstruksiyalar istehsal edən Niderlandın dünyaca məşhur «Dutch Wheels» şirkətinin nümayəndələri memarlıq gecəsində çıxış etdilər. Maraqlı tədbir Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət klassik musiqi konserti ilə başa çatdı.