2023.06.24 «Nine Censes» incəsənət mərkəzində qonaqlar üçün çıxış

Öz sehrli aurası və memarlığı ilə heyrətamiz, Nərdaranda Xəzər dənizinin sahilində yerləşən yaradıcı platforma olan «Nine Censes» incəsənət mərkəzində qonaqlar və Bakı memarlığının pərəstişkarları qarşısında çıxış etdim. Söhbət lap axşama qədər uzandı. Dəvətə görə mərkəzin rəhbərliyinə ürəkdən təşəkkür edirəm!