1920-1930-cu illərdə konstruktivizm dövrünün memarlığı

Bakı konstruktivizmin avanqard  memarlığının dünya mərkəzlərindən biri idi. XX əsrin memarlığının ən dramatik, amansız və sərt üslubu Bakı torpağında gülərüz yüngüllük əldə etdi. Bu cənub şəhərində 1920-1930-ci illərin konstruktivizmi bu üslub ustadlarına məxsus layihə qrafikasını fəqrləndirən və keçmiş SSRİ-nin soyuq paytaxtlarında çətinliklə təcəssüm edilən dəbdəbəni qaytarmağa qadir oldu. Bakıda hər şey mümkün idi: həm açıq terraslar, həm tam şüşələnmə, həm də damlarda bağlar. Metal və sement çatışmazlığı səbəbindən Bakı konstruktivizminin yerli daşlardan tikilməsi və sonradan «betonsayağı» suvaqlanması ona xüsusi bir cazibə verirdi. Şəhər memarlığının bu dövrü tamamilə yoxa çıxmaq ərəfəsində idi, lakin xoşbəxtlikdən son illərdə şəhərin vizit kartı olan Bakı konstruktivizminin bir neçə memarlıq abidəsi bərpa edilmişdir.

Slider