«Məkanların astanasında. Bakı tarixini yazan qapılar»

120 AZN

Quantity:
Category:

Siz bilirsiniz ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir). Bu şəhərin gözəlliyi  onun böyük sayda əhalisini və Azərbaycanın çoxsaylı turist və qonaqlarını valeh edir. Bu kitabda XIX əsrin sonunda və XX  əsrin əvvəllərində ucaldılan binaların interyer və eksteryerlərinin dekor elementləri, həmçinin binaların portallarının, ağacdan hazırlanan qapıların, eyvanların,  iç məkanlara girişlərin, fasad elementlərinin, metaldan hazırlanan mühafizə məhəccərlərinin yüzlərlə foto şəkilləri təqdim edilmişdir.

Kitab, Bakını sevən, onun tarixi və memarlığı ilə maraqlanan, bu gözəl şəhərə heyran olan geniş oxucu kütləsinə ünvanlanıb. Hörmətli oxucu, bu şəhərin bir neçə min il yaşı var və o, Sizə hər bir kiçik detalı ilə ürəyini açmaq istəyir. Bakını sevin və qoruyun!